Emeri “Barselona”ya mümkün transferi təsdiqlədi
23.08.2022 - 15:11
“Vilyarreal”ın baş məşqçisi Unay Emeri sağ cinah müdafiəçisi Xuan Foytun “Barselona”ya mümkün transferini dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis bu keçidi istisna etməyib.
Emeri Argentina millisinin üzvünü buraxmaq istəmədiklərini etiraf edib: “Deyəsən “Barselona”, həqiqətən də, Foytu transfer etmək istəyir. Xuan mənə “Vilyarreal”da xoşbəxt olduğunu söylədi. Onun gedişini istisna etmirəm, amma düşünürəm ki, qala da bilər”.
Qeyd edək ki, Xuan Foytun 30 milyon avro qarşılığında “Barselona”ya transferi gözlənilir.
- Şahruddin Məhəmmədəliyev: "Rəqiblərimiz çox ciddi komandalar idi" - Müsahibə
- “Sabah” autsayderə uduzdu, “Neftçi” "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNİB
- Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
- Bakıda “Kata for All” kata festivalı start götürüb - FOTO
- "Santos"a qayıdan Neymarın ilk matç performansı - VİDEO
0
0