Ernandes “Bavariya”ya qoşuldu
23.05.2023 - 19:15
“Bavariya”nın futbolçusu Lukas Ernandes komanda ilə məşqləri bərpa edib.
Apasport.az saytının məlumatına görə, bunu Fransa yığmasının müdafiəçisi açıqlayıb.
O, sosial şəbəkə paylaşımında Almaniya klubunun hazırlıq prosesinə qatıldığını bildirib. Lukas DÇ-2022-də aldığı zədə üzündən uzun müddət meydanardan kənar qalıb.
27 yaşlı futbolçu noyabrdan sonra heç bir matça çıxmayıb. Avstraliya ilə görüşdə onun dizinin ön xaçvari bağları qırılıb.
Qeyd edək ki, Ernandesin yoxluğunda Fransa millisi DÇ-2022-nin günüş medalını qazanıb.
- Ayxan Abbasov: “Mənim üçün rəqibin kim olması fərq etmir”
- Rizvan Umarov: “Azərbaycan mənə yol açdı, "Qarabağ" təklif göndərdi” - MÜSAHİBƏ
- Ayxan Abbasov: “Gedib deyim ki, oynayın?”
- Tarixdə Bu Gün: “Puerta 12” Faciəsindən 57 İl Ötür
- Millətlər Liqası: Türkiyədən qələbə, Gürcüstan məğlub oldu - YENİLƏNİB
0
0