“Mançester Yunayted” yeni baş məşqçisini açıqladı
01.11.2024 - 16:21
Erik ten Haqla yollarını ayıran “Mançester Yunayted” yeni baş məşqçisini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Ruben Amorim komandanın yeni baş məşqçisi təyin edilib.
39 yaşlı çalışdırıcı ilə 2027-ci ilə qədər qüvvədə olan müqavilə imzalanıb. Portuqal mütəxəssisin müqaviləsini 1 illik uzatma variantı var.
Ruben Amorim komandaya noyabrın 11-də qoşulacaq. O, "qırmızı şeytanlar"a qoşulanadək kollektivə Rud van Nistelroy rəhbərlik edəcək.
Qeyd edək ki, Ruben Amorim son olaraq ölkəsində "Sportinq"də işləyib.
- "Barsa" İspaniya Superkubokunun qalibi olub - YENİLƏNİB
- "Real" təslim olmur: Kritik 3 xal
- Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatasının 2-ci günündə idmançılarımızdan 3 medal
- ABŞ-də keçiriləcək mundial təhlükədə: Avropadan boykot çağırışları
- “Liverpul” futbolçusunu cəzalandırıb - 2 həftəlik maaşı verilməyəcək
0
0