"Fənərbaxça"da ciddi itki
27.03.2025 - 21:33
"Fənərbaxça"da ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Edin Ceko zədələnib.
O, millinin düşərgəsində xəsarət alıb. Futbolçunun burnu sınıb.
Bosniya və Herseqovina yığmasının hücumçusu Türkiyə Super Liqasının XXIX turunun "Bodrum"la matçını buraxacaq.
38 yaşlı forvard komanda ilə birlikdə Bodrum yollanıb. Lakin meydana çıxması gözlənilmir.
Həmçinin Allan San-Maksimen də adı heyətdə yer alıb.
Qeyd edək ki, Ceko 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir.
- “Kəpəz”ə “yox” deyən baş məşqçilər kimlərdir? - Eksklüziv
- "Araz-Naxçıvan" Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb
- İki klub Serxio Ramosu transfer etmək istəyir
- Kaxaber Sxadadze: "Baş hakimin gözündə mənə qarşı nifrət var idi"
- Daha iki boksçumuz Avropa birinciliyində yarımfinala yüksəlib
0
0