“Fənərbaxça”dan Qrinvud həmləsi: “Roma”nı qabaqladı
04.07.2026 - 22:03
“Fənərbaxça”dan Qrinvud həmləsi: “Roma”nı qabaqladı

“Fənərbaxça” “Marsel”in futbolçusu Meyson Qrinvudun transferi üçün rəsmi təklif göndərib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi ingilis hücumçu üçün bu gün Fransa klubuna müraciət edib.

İddiaya görə, “Fənərbaxça”nın təklifi “Roma”nın son təklifindən daha yüksək olub. “Sarı-lacivərdlilər” bu addımı ilə “Marsel”in tələb etdiyi 50 milyon avro səviyyəsinə yaxınlaşıb.

Qrinvudla İtaliya klubu “Roma”nın da yaxından maraqlandığı bildirilir. Lakin “Fənərbaxça”nın son təklifindən sonra transfer yarışında üstünlük qazandığı iddia olunur.

Qeyd edək ki, Meyson Qrinvud ötən mövsüm “Marsel”in heyətində çıxış edib.