"Vest Hem"in hücumçusu Niklas Füllkruqun taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, iyun ayında hazırda icarədə olduğu "Milan"dan ayrılacaq.
Klub 5 milyon avroluq transfer haqqından yararlanmayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Füllkruq yayda "Vest Hem"ə qayıdacaq. O, daha sonra yenidən komandanı tərk edərək yeni klub axtarışına çıxacaq.
Futbolçunun İngiltərə təmsilçisi ilə müqavilə müddəti 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Füllkruq 2026-cı ilin yanvar ayının əvvəlində "Vest Hem"dən icarə əsasında "Milan" klubuna transfer olunub. O, 16 matçda meydana çıxıb və bir qol vurub.
- Messi DÇ-2022-ni buraxmaqdan qorxur
- Bəxtiyar Həsənalızadə: "Qışda çempion olmağın xüsusi bir dəyəri yoxdur"
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- “Fənərbaxça”dan “Qalatasaray”la derbi öncəsi MARAQLI MOTİVASİYA
- Millinin üzvü: "Oyunumuz istənilən kimi alınmadı"