İkardi qışda "Qalataray"dan ayrıla bilər
10.10.2024 - 16:22
Super Liqa təmsilçilərindən "Qalatasaray"ın hücumçusu Mauro İkardi komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, argentinalı hücumçunun karyerasını ölkəsində davam etdirmək ehtimalı var.
Argentina klublarından "River Pleyt" 31 yaşlı forvardı transfer etmək istəyir. Buenos Ayres təmsilçisi qışda ulduz futbolçu üçün Türkiyə klubu ilə danışıqlar aparacaq.
Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində 10 matça çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
- “Formula-1”: Əsas yarışla Azərbaycan Qran-prisi yekunlaşacaq
- “Sərhədçi”nin baş məşqçisi: “Mövsümün ən yaxşı oyunlarından biri oldu”
- Azərbaycan badmintonçularının Paris-2024 Yay Olimpiya Oyunlarındakı rəqibləri müəyyənləşib
- Voleybol üzrə Zəfər Kubokunun püşkü atıldı - FOTO
- Qvardiola ən yaxşısı seçildi - PREMYER LİQADA
0
0