İkiqat “Qızıl top”un sahibi vəfat edib
20.07.2026 - 21:36
İkiqat “Qızıl top”un sahibi vəfat edib

İngiltərə futbolunun əfsanələrindən olan Kevin Kiqan vəfat edib.

Apasport.az xəbər verir ki, ikiqat “Qızıl top” mükafatçısı 76 yaşında dünyasını dəyişib.

Kiqan bir müddət əvvəl “Sky Sports”a açıqlamasında dördüncü mərhələ xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirmişdi. O, ömrünün son anlarını həyat yoldaşı və qızlarının əhatəsində keçirib.

Kevin Kiqan futbolçu karyerası ərzində İngiltərənin “Liverpul”, “Nyukasl” və “Sauthempton”, Almaniyanın “Hamburq”, eləcə də Avstraliyanın “Blektaun Siti” klublarında çıxış edib. O, “Liverpul”un heyətində üç dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə Superkubokunun, UEFA Kubokunun, həmçinin İngiltərə Kuboku və Avropa Çempionlar Kubokunun qalibi olub. “Hamburq”la isə Almaniya çempionluğu və ölkə kubokunu qazanıb.

Kiqan 1978 və 1979-cu illərdə “Qızıl top” mükafatına layiq görülərək bu mükafatı iki dəfə qazanan yeganə ingilis futbolçu kimi tarixə düşüb. O, 2002-ci ildə İngiltərə Futbol Şöhrət Zalına qəbul edilib.

Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Kiqan “Nyukasl”, “Fulhem” və “Mançester Siti”ni, həmçinin İngiltərə milli komandasını çalışdırıb.