“Napoli” oyuncaq mağazasını məhkəməyə verdi
06.10.2023 - 12:58

“Napoli” məhkəməyə müraciət edib.
Apasport.az xəbər verir ki, Neapol klubu İtaliyanın məşhur oyuncaq mağazası "Giochi Preziosi"dən şikayətçidir.
Səbəb görünüşü komandanın hücumçusu Viktor Osimhenin imicinə bənzəyən oyuncağın buraxılmasıdır. Klubun mətbuat xidməti mövzuya münasibət bildirib: “”Napoli” köynəyi geyinən və Viktor Osimhenə həsr olunan "Bomber Cicciobello" adlı uşaq oyuncağının istehsal olunacağı haqda bizə məlumat verilməyib. Bu məhsulun buraxılması klubla razılaşdırılmadığı üçün, məsələyə hüquqi qiymət verilməsini istəyirik”.
- Azərbaycan Premyer Liqasında XXVIII turun təyinatları açıqlanıb
- “Qarabağ” – “Zirə” matçının hakimi açıqlandı
- "Hatayspor"un futbolçusu məhkəmənin qərarından sonra qaçıb? - SƏBƏB
- Canni de Byazi: “Yerinizdə olsaydım, belə oyun gördüyüm üçün sevinərdim” - MÜSAHİBƏ
- Türkiyədə baş tutan xatirə turnirinə yekun vurulub
0
0