İsmail Kartalın komandası kubokda məğlub oldu
12.02.2025 - 20:22
Bu gün İran kubokunda 1/16 final mərhələsinin oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis İsmail Kartalın rəhbərlik etdiyi "Persopolis" səfərdə "Sepahan" ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə oynanılan dəqiqələrdə ev sahibləri hesabı 3:2 edərək, rəqibini məğlub edib və adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, İsmail Kartal "Persopolis"ə rəhbərlik etdiyindən bəri, komanda 2 qalibiyyət, 2 heç-heçə, 2 məğlubiyyət yaşayıb.
- "Sabah" və "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibləri bəlli olub - YENİLƏNİB
- Ayxan Abbasov: "Belajdi Pusinin transferi bəzi problemlərimizi həll etməyə kömək olacaq"
- "Araz-Naxçıvan"dan yeni transfer - RƏSMİ
- "Qarabağ" - "Linkoln" matçının biletləri satışda
- Ayxan Abbasov: "Qışdan sonra tam başqa "Şamaxı" görəcəyik"
0
0