Kanselonun diaqnozu BİLİNDİ
05.01.2024 - 18:32
“Barselona”nın müdafiəçisi Joao Kanselo tibbi müayinədən keçib.
Apasport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 29 yaşlı Kanseloya dizin medial yan bağının burxulması diaqnozu qoyulub.
Mavi qranatlar portuqaliyalı futbolçunun sağalma müddətini açıqlamayıb.
Xatırladaq ki, Kanselo La Liqanın son matçında zədələnərək 11-ci dəqiqədə əvəzlənib.
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
- Qvineyada hakimin qərarı 100 nəfərin ölümünə səbəb olub
- Həftəsonu bizi gözləyən maraqlı qarşılaşmalar – SİYAHI
- Paralimpiyaçılarımız 2025-ci ildə 51 medal qazanıblar
- İdmançımız beynəlxalq turnirdə qızıl medal qazandı!
0
0