Klozedən Messiyə təbrik - “Tarixin ən yaxşısıdır”
23.06.2026 - 02:00
Klozedən Messiyə təbrik - “Tarixin ən yaxşısıdır”

Veteran futbolçu Miroslav Kloze Lionel Messi haqqında danışıb.

Apasport.az xəbər verir ki, almaniyalı sabiq hücumçu rekordunu qıran Argentina millisinin kapitanını təbrik edib.

Kloze Messinin bütün dövrlərin ən yaxşı futbolçusu olduğunu bildirib:

"Messinin zəif futbolçu olmadığını həmişə demişəm. Mənim fikrimcə, Lionel Messi bütün dövrlərin ən yaxşı futbolçusudur. Təbriklər, çempion!"

Qeyd edək ki, Messi DÇ-2026-nın J qrupunda Avstriya ilə oyunda vurduğu qollarla dünya çempionatlarındakı qol sayını 18-ə çatdırıb. Bununla da argentinalı ulduz 16 qolla rekordun əvvəlki sahibi olan Klozeni geridə qoyaraq mundiallar tarixinin ən məhsuldar futbolçusuna çevrilib.