Kuaku yenidən klub dəyişdi: MÖHKƏMLƏNƏ BİLMİR
21.06.2026 - 14:43
“Qarabağ”ın sabiq futbolçusu Kris Kuaku klubunu dəyişib.
Apasport.az xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi karyerasını İsraildə davam etdirəcək.
26 yaşlı futbolçu yüksək liqa təmsilçisi “İroni Tiberias”a keçib. Klub Kris Kuaku ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.
Kuaku bu ilin martında Norveçin “Sarpsborq” klubuna transfer olunsa da, komandadan erkən ayrılıb.
Qeyd edək ki, Kris Kuaku “Qarabağ”a ötən yay keçmişdi. O, Ağdam klubunun heyətində bütün turnirlərdə 19 oyunda meydana çıxıb.
0
0