La Liqa Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə oyunu ərəfəsində (2:1; orta penalti 3:2) “Real Madrid”in cinah oyunçusu Vinisius Junioru təhqir edən "Atletiko" azarkeşlərini şikayət edəcək.
Apasport.az “Marca”ya istinadla xəbər verir ki, La Liqa onun himayəsi altında keçirilməyən matçda Vinisiusa qarşı təhqiramiz şüarlar səsləndirilməsinə baxmayaraq, bu azarkeşlərin hərəkətlərini pisləməkdə qərarlıdır.
Xatırladaq ki, bir gün əvvəl, martın 12-də Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” – “Napoli” matçı başlamazdan əvvəl Kataloniya klubunun azarkeşləri “Vinisius, öl!” şüarları səsləndiriblər.
Bundan əvvəl La Liqa İspaniya çempionatının 27-ci turunun “Valensiya” ilə oyununda (2:2) azarkeşin Vinisiusa “meymun” deməsi ilə bağlı araşdırma başlatmışdı.
- Bakıda cüdo üzrə Liqa yarışının III turu start götürüb - FOTO
- “Sərhədçi”dən yeni transfer
- Qyökereş Azərbaycanla matçda İbrahimoviçin uğurunu təkrarlayıb
- Rəşad Sadıqov: "Heç kim deyə bilməz ki, ünsiyyət zamanı hansısa qüsura yol vermişəm"
- "Omoniya"nın baş məşqçisi: “Zirə”yə nəfəs almağa imkan vermədik"