"Liverpul" Tsimikas ilə yollarını ayırır
19.08.2025 - 14:40
Son ingiltərə çempionu "Liverpul" sol cinah müdafiəçisi Konstantinos Tsimikas ilə yollarını ayırır.
Apasport.az xəbər verir ki, yunanıstanlı futbolçu mersisaydlıların bu mövsümkü planlarında yer almır.
Bu yay Miloş Kerkezin gəlişi ilə müdafiənin sol cinahını möhkəmləndirən Premyer Liqa təmsilçisi 29 yaşlı oyunçu ilə yollarını ayırmaq qərarına gəlib.
Yunanıstan millisinin üzvü ilə "Nottingem" və "Lids" klubları yaxından maraqlanırlar.
Qeyd edək ki, Tsimikas 2020-ci ildə "Liverpul"a "Olimpiakos"dan transfer edilmişdi.
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- “Sabah”dan qızıl dəyərində qələbə - YENİLƏNİB
- "Neftçi" yoxlama görüşündə uduzdu
- Monteneqro və Serbiya 1/4 finalda - YENİLƏNİB
0
0