“Liverpul”un 75 milyonluq tələbi
18.07.2023 - 22:37
Kolumbiyalı hücumçu Luis Dias “Əl-Hilal”a transfer oluna bilər.
Apasport.az xəbər verir ki, Ərəbistan klubu 50 milyon avro ödəməyi planlaşdırır.
“Liverpul” ərəblərin ilkin təklifini rədd edib. “Əl-Hilal”ın baş məşqçisi Jorle Jezuş hücum xəttini gücləndirmək niyyətindədir. Bu amil transferin məbləğinin artırılmasına şərait yaradır. İngiltərə mətbautı mersisaydlıların forvardı 75 milyon avrodan aşağı satmayacağını iddia edib.
Qeyd edək ki, Dias ötən mövsümdə “Liverpul”un heyətində 17 oyunda 4 dəfə fərqlənib.
- "Real Madrid" ardıcıl 27 matçdır evdə məğlub olmur
- Ramal Hüseynov: “Azərbaycan millisinin hazırkı durumu çox bərbad və utancvericidir”
- Hayqıran 80 min "qurd", "Sən çağırsan gələrəm mən" - 30 milyonluq ORDU
- Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
0
0