Mahrez dubl etdi - Oyunun ən yaxşısı seçildi
28.06.2026 - 09:06
Əlcəzair millisinin futbolçusu Riyad Mahrez fərdi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, Mahrez DÇ-2026-nın J qrupunda Avstriya ilə keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.
Mahrez 3:3 hesabı ilə başa çatan qarşılaşmada 2 qol vurub. O, görüşü 8,4 reytinq balı ilə tamamlayıb.
Qeyd edək ki, bu nəticədən sonra Əlcəzair J qrupunu 3-cü pillədə bitirib və ən yaxşı üçüncülər sırasında 1/16 finala yüksəlib.
0
0