Mamardaşvili “Liverpul” yolunda
17.08.2024 - 13:24
La Liqa təmsilçilərindən “Valensiya”nın qapıçısı Georgi Mamardaşvili “Liverpul”a keçəcək.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında müqavilə imzalandıqdan dərhal sonra gürcü futbolçu “Bornmut”a icarəyə gedəcəyi üçün o, mersisaydlılara yalnız gələn il qoşulacaq.
Mamardaşvili ötən mövsüm “Valensiya”nın heyətində 37 oyun keçirib, 41 qol buraxıb və 13 matçda qapısını toxunulmaz saxlayıb.
“Liverpul” Premyer Liqanın yeni mövsümündə ilk oyununu bu gün “İpsviç”ə qarşı keçirəcək.
- Françesko Farioli: “Qarabağ” birinci hissədə fantastik oynadı”
- “Böyük Dəbilqə”yə hazırlıq çərçivəsində hakimlər üçün seminar təşkil olunub
- Millimiz Şimali Makedoniya və Lüksemburq ilə oyunların hazırlıqlarına başlayıb
- DÇ-2026: Əlcəzair - Avstriya matçının heyətləri açıqlandı
- Rusiya millisi Argentina yığması ilə qarşılaşacaq
0
0