“Mançester Yunayted”in hücumçusu İtaliya yolunda
15.05.2025 - 11:57
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçunun transferində “İnter” maraqlıdır.
Zirkzenin Milan klubuna mümkün keçidi 35 milyon avro qiymətləndirilir. “Bolonya”nın sabiq forvardının hazırkı klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.
Niderlandlı forvard bu mövsüm İngiltərə Premyer Liqasında 32 oyuna çıxaraq, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Cüdoçularımız dünya çempionatının ilk gününü medalsız başa vurublar
- Kadetlər arasında zona birinciliyinin final mərhələsi başlayır
- Cüdoçularımız Avropa çempionatına türkiyəli mütəxəssisin rəhbərliyi altında hazırlaşırlar
- İbrahimoviçin uzun burnu “şirin buruna” necə çevrildi?
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin proqramı bəlli olub
0
0