Meksika millisinin hücumçusuna Avropadan təklif
08.11.2022 - 22:24
Meksika millisinin futbolçusu Ernesto Veqa Avropaya köçməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu bir neçə klubun maraq dairəsinə düşüb.
Ön xətt oyunçusunu heyətinə cəlb etmək istəyən klublardan biri də “Liverpul”dur. “Qırmızılar”ın bu mübarizədə əsas rəqibləri “Çelsi” və “Real”dır. Onun hazırkı komandası “Quadalaxara” ilə müqaviləsi 2024-cü ilə qədərdir.
Qeyd edək ki, Veqa bu mövsüm Meksika çempionatında 18 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
- "Kəpəz"in futbolçusu bıçaqlanıb: Kimliyi bəlli olub
- "Sumqayıt"ın baş məşqçisi: "Rəqibin təklif etdiyi templə ayaqlaşa bilmədik"
- A Seriyasının ən DƏYƏRLİSİ
- Millimiz "IHF Trophy" beynəlxalq turnirinin hazırlığının son mərhələsinə start verib
- "Qarabağ" avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub
0
0