“Bu, anlaşılmazlıqdır”.
Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin futbolçusu Lionel Messi deyib.
35 yaşlı hücumçu DÇ-2022-nin qrup mərhələsinin II turunun Meksika ilə oyunundan sonra yaşanan futbolka qalmaqalına münasibət bildirib. Messi baş verənlərə görə üzr istəməli olmadığı qənaətindədir: “Məni tanıyan hər kəs bilir ki, mən heç kimə qarşı hörmətsizliklə yanaşmıram. Oyunlardan sonra soyunub-geyinmə otağında belə hallar olur. Üzr istəməli olduğum bir şey yoxdur. Çünki mən meksikalılara və ya onların yığmasının futbolkasına hörmətsizlik etməmişəm”.
Qeyd edək ki, qarşılaşmadan sonra soyunub-geyinmə otağında qələbəni bayram edən Argentina yığmasının kapitanı döşəmədə olan Meksika millisinin formasını ayağı ilə uzaqlaşdırıb. Bu səhnənin videosu yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub.
- Marandiçi: “Sabah”la oyuna strategiya hazırlamışdıq və o da işə yaradı” - MÜSAHİBƏ
- "AGF Trophy" Dünya kubokunun yarış öncəsi iclası keçirilib
- II Liqa: “Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın
- Basketbolçu qızlarımız Avropa çempionatına böyük hesablı qələbə ilə start verib - FOTO
- “Çelsi” Mareskanın yerinə onu gətirmək istəyir