“Milan” Belçika millisinin üzvünü transfer edə bilər.
Apasport.az saytı xəbər verir ki, italyanlar “Lester”in yarımmüdafiəçisi Yuri Tilemansı gözaltı edib.
Komandanın icraçı direktoru Giorgio Furlani futbolçunun agenti Peter Smitslə danışıqlara başlayıb. Görüşmələrin müsbət yöndə davam etdiyi və 26 yaşlı Tilemansın yaxın günlərdə “Milan”la müqavilə imzalayacağı bildirilir.
Son mövsümdə 37 oyuna çıxan Yuri 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Roma", "Aston Villa" və "Qalatasaray"ın da maraq dairəsində olan futbolçunun ingilislərlə müqaviləsi bu ayın sonunda başa çatır.
- "Zirə"nin futbolçuları daun sindromlu uşaqlarla görüşdülər
- "Kəpəz"dən yeni həmlə: Afrikalı futbolçu ilə danışıqlar başladı
- Minifutbol üzrə ölkə çempionatında transfer dönəmi başladı
- Zelim Kotsoyev: "Qran-pridəki final görüşündə Hidayətin səsini eşidirdim"
- Fabiyan Buntiç: “Bu komanda ilə hər şey uğrunda mübarizə aparmaq olar"