"Milan" "Real"ın sabiq baş məşqçisi ilə görüşüb
13.04.2024 - 13:58
"Milan" baş məşqçisi Stefano Piolinin əvəzinə yeni mütəxəssis axtarır.
Apasport.az "Corriere dello Sport" nəşrinə istinadla məlumat verir ki, “rossonerilər” ispan mütəxəssis Xulen Lopeteqi ilə maraqlanır.
Mənbənin sözlərinə görə, İtalya qrandının nümayəndələri Piolinin potensial varisi ilə bir neçə görüş keçirib, lakin hələlik ona konkret təkliflə çıxış etməyiblər.
Qeyd edək ki, Lopeteqinin "Real Madrid" və "Sevilya"da iş təcrübəsi var. Onun son klubu İngiltərənin "Vulverhempton"u olub.
- Ceyhun Sultanov: “Neftçi” bugünkü gündə baxımlı futbol oynamır”
- Cəfərov millimizin AÇ-də "qızıl" həsrətinə son qoydu
- Cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb
- “Ostende”nin üstünlüyü və ya "Qarabağ"ın rəqibinin meylliliyi
- "Real Madrid"in bu il məğlub edə bilmədiyi yeganə komanda "Fənərbaxça" olub
0
0