Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
04.03.2024 - 16:56
Futbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” turnirinə Arif Əsədovun rəhbərliyi altında çıxacaq.
Apasport.az AFFA-ya istinadla xəbər verir ki, Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar.
Qeyd edək ki, Azərbaycan milli komandası martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək
- “Sərhədçi”nin üzvü: “Ümid edirəm ki, hazırıq”
- Misli Premyer Liqası: XXXIV turun oyun cədvəli
- Yığmamızın baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”
- Bakıda keçirilən fiqurlu konkisürmə Qran-prisində fransalı cütlük qalib gəlib - FOTO
- Slovakiyalı məşqçi Azərbaycan millisinin hansı özəlliyini fərqləndirdi?
0
0