Argentina Futbol Federasiyasının (AFA) prezidenti Çiki Tapia baş məşqçi Lionel Skaloninin uzun müddət postunda qalacağını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Yamayka ilə keçirilən yoldaşlıq görüşündən (3:0) sonra çalışdırıcının yeni müqaviləyə qol çəkdiyi bildirilib.
Tapia tvitter səhifəsi vasitəsilə 44 yaşlı mütəxəssisin daha 4 il milliyə rəhbərlik edəcəyini yazıb: “Qürur duyuram ki, Lionel Skaloni ilə 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər Argentina yığmasının baş məşqçisi postunda qalması ilə bağlı razılığa gəldik”.
Qeyd edək ki, Skaloni 2018-ci ilin avqustundan Argentina millisini çalışdırır. Onun rəhbərliyi altında komanda ötən il Amerika Kubokunun qalibi olub.
- Abdullah Zubir: "Pley-off mərhələsinə vəsiqə qazanmağa şansımız var" - Müsahibə
- “İmişli”nin futbolçusu əməliyyat olunub
- "Sumqayıt" Türkiyə klubunu məğlub edib
- Azərbaycan Karate Federasiyasının rəhbərliyi millinin üzvləri və məşqçilərlə görüş keçirib
- Mehdi Hüseynzadə adına stadionun açılış matçında Hiss və Murad Arif çıxış edəcək