“Monako”nun hücumçusu “Barselona”nın transfer siyahısında
31.05.2022 - 23:29
“Barselona”nın transfer siyahısında yer alan daha bir hücumçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Vissam Ben-Yedderi heyətinə qatmaq niyyətindədir.
“Monako”nun 31 yaşlı forvardı gələcək karyerası ilə bağlı qəti qərar verməyib. 2019-cu ildən “Knyazlıq klubu”nda çıxış edən Vissam aldığı təkliflər arasında seçim etməyib.
Qeyd edək ki, əvvəl “Tuluza” və “Sevilya”da oynamış hücumçu kapitanı olduğu “Monako”da ötən mövsüm 52 matçda 32 qol vurub.
- Portuqaliya klubunun müdafiəçisi: "Yalnız "Qarabağ" və "Neftçi"nin təklifini dəyərləndirərəm"
- Vinisius karyerası üçün vacib qərar verdi
- Samir Abasov: "Nəticə önəmli deyil"
- "Fənərbaxça" azarkeşləri qəzəblidir - Ozan Tufan bu kluba getdi
- "Qarabağ”ın pley-off mərhələsinə düşəcəyinə inanmayan bizdən deyil"
0
0