Nani Türkiyə klubu ilə müqavilə imzaladı
14.07.2023 - 12:17
Daha bir tanınmış futbolçu karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, “Adana Dəmirspor" yarımmüdafiəçi Naninin transferini açıqlayıb.
Portuqaliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. 36 yaşlı Nani son olaraq Avstraliyada "Melburn Viktori"də oynayıb.
Qeyd edək ki, zəngin karyeraya malik Nani "Sportinq", "Mançester Yunayted", "Fənərbaxça", "Valensiya" və Latsio" kimi komandalardakı çıxışı ilə yadda qalıb.
- Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək
- İtaliyada uğursuzluğa görə cavab verirlər: İtaliya Futbol Federasiyası...
- Olimpiadaya yollanacaq media nümayəndələri ilə görüş keçirilib
- II Liqada III turun oyun cədvəli açıqlanıb
- Bakıda basketbol üzrə Dünya Seriyasının Səbail mərhələsinin oyunları baş tutacaq
0
0