“Napoli” yarımmüdafiəçisi Antonio Verqaranı komandada saxlamaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Mənbənin iddiasına görə, Neapol təmsilçisi 23 yaşlı futbolçu üçün bir neçə klubdan təklif alıb. “Tottenhem” və “Bornmut” İtaliya klubuna müraciət etsə də, “Napoli” Premyer Liqa təmsilçilərinin təkliflərini rədd edib.
Bundan başqa, “Komo” və “Atalanta” da Verqaranı heyətinə qatmaq istəyib. Lakin A Seriyası təmsilçisi futbolçunu buraxmaq niyyətində deyil. Klub yarımmüdafiəçini gələcək layihənin əsas oyunçularından biri hesab edir və onunla müqaviləni uzatmağı planlaşdırır.
Qeyd edək ki, Antonio Verqara “Napoli”nin yetirməsidir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 19 matçda meydana çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Araz-Naxçıvan”ın futzalçısı: “Çalışacağıq ki, markanın şöhrətini geri qaytaraq”
- "Neftçi"nin yeni baş məşqçisi: "Azarkeşləri yenidən tribunalara qaytaracağıq"
- Taleh Məmmədov: “Evə gəldim ki, qızım mənə “ana” deyir” - VİDEO
- Türkiyə klubunda yeni çalışdırıcı
- Tovuz şəhər stadionu FIFA-nın sertifikatına layiq görülüb