“Nyukasl”da yeni müqavilə
03.06.2026 - 15:16
“Nyukasl” müdafiəçisi Fabian Şeri komandada saxlayıb.
Apasport.az xəbər verir ki, tərəflər müqavilənin müddətini uzadıblar.
Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
İsveçrəli futbolçu 2027-ci ilin yayına qədər Premyer Liqa təmsilçisinin şərəfini qoruyacaq.
O, 2018-ci ildən “Nyukasl”ın heyətində çıxış edir.
0
0