Paytaxt klubunda itki: Mövsümü bitirdi
13.02.2023 - 15:00

“Tottenhem”in futbolçusu Rodriqo Bentankur mövsümü bitirib.
Apasport.az saytının məlumatına görə, bunu London klubunun mətbuat xidməti açıqlayıb.
26 yaşlı yarımmüdafiəçi XXIII turun “Lester”lə matçında xəsarət alıb.
Uruqvaylı futbolçu paytaxt təmsilçisinin 1:4 hesabı ilə uduzduğu görüşdə qol vurub. Bentankur zədə üzündən 65-ci dəqiqədə əvəzlənib. Əməliyyat olunacaq Bentankur cari mövsüm meydana çıxa bilməyəcək.
Qeyd edək ki, cənubi amerikalı mövsümün 26 matçında 6 qol və 2 assistə imza atıb.
- “Turan Tovuz”un kapitanı: “Qarşımıza avrokuboklara düşmək kimi məqsəd qoyulmayıb” - Müsahibə
- Vitali Borisov: “Səfərdə çətin olacaq”
- "Napoli"dən Maksimenlə bağlı açıqlama: "Son dəqiqəyə qədər çalışdıq"
- ÇL: həftənin oyunçusu bəlli oldu
- Kəmaləddin Heydərov dünya çempionatına yollanacaq taekvondoçularla görüşdü
0
0