Platini VAR-a “yox” deyir
08.05.2023 - 21:19
“VAR futboldakı problemin yerini dəyişib. İndi hər toxunuş fola çevrilib”.
Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın sabiq prezidenti Mişel Platini deyib.
Fransa millisinin sabiq futbolçusu VAR-dan istifadənin əleyhdarlarına qoşulub. O, bu yeniliyin mənfi tərəflərindən narazıdır: “Hakim epizodlarla bağlı qərarı monitorun ekranı arxasında deyil, meydanda verməlidir. Yeni texnologiyalardan yalnız qolun və ofsaydın müəyyənləşdirilməsini saxlayardım”.
Qeyd edək ki, Platini 2007-15-ci illərdə UEFA-ya rəhbərlik edib.
- Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda "ustad dərsi" keçib
- Samuel Mraz “Neftçi”yə fayda verə bilər? - TƏHLİL
- Bakıda keçiriləcək beynəlxalq turnirin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər
- Yevlaxda qolsuz sülh
- Boksçularımızın 2022-ci ildə beynəlxalq yarışda qazandığı medalların sayı açıqlandı
0
0