Argentinalı məşqçi Maurisio Poçettino “Çelsi”ni çalışdırmaq arzusunda olduğunu açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, PSJ və "Tottenhem" klublarının sabiq çalışdırıcısı özünü hazırda işləri yaxşı getməyən İngiltərə təmsilçisinin “sükanı arxasına” keçməyə hazır sayır.
O bildirib ki, London klubu baş məşqçi Qrem Potteri istefaya göndərərsə və “zadəganlar”dan təklif alarsa baş məşqçi olmağa etiraz etməyəcək.
Qeyd edək ki, Potter ötən ilin sentyabrından "Çelsi"ni çalışdırır. Onun komandası bu mövsüm Premyer Liqada 17 matçdan sonra 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
- “İnter” 5 cavabsız qolla qalib gəldi
- “Qalatasaray” öz meydanında uduzdu, “Mançester Yunayted”dən ilk qələbə
- CEV prezidenti gəldi, oyunlar təxirə salındı
- Azərbaycanın boks hakimlərinin beynəlxalq kateqoriyası yüksəldilib
- Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün təlim keçirilib - FOTO