Poqba Braziliya klubuna keçməyə razılıq verib
16.12.2024 - 16:59
“Yuventus”un keçmiş yarımmüdafiəçisi Pol Poqba Braziliyanın “Korintians” klubuna keçməyə razılıq verib.
Apasport.az xəbər verir ki, Braziliya klubunun rəhbərliyi hazırda fransalı futbolçunun transfer xərclərini 100 faiz ödəyəcək sponsor axtarır.
Daha əvvəl Rodriyə müvəqqəti əvəzləyici axtaran “Mançester Siti”nin Poqba ilə maraqlandığı bildirilirdi.
31 yaşlı yarımmüdafiəçi hazırda antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub. O, gələn ilin martında meydana qayıda biləcək.
- Gündoğan: “Özümüzə inamı bərpa etməliyik”
- Millimiz Dünya Kubokunda mübarizəni dayandırdı
- Bəxtiyar Musayev: "Foqts, De Byazi millidə elə-belə vaxt keçirib" - Müsahibə
- Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb
- Beynəlxalq dərəcəli hakimimiz UEFA Superkubokunda təltif olunub
0
0