
Türkiyə Super Liqası təmsilçisilərindən “Qalatasaray”, komandadan ayrılan qapıçısı Fernando Musleranın əvəzedicisini tapıb.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cimbom” ötən mövsümü icarə əsasında “Strasburq”da keçirən və müqavilə ilə “Çelsi”yə məxsus olan Dordye Petkoviç ilə ilkin razılıq əldə edib.
Məlumata görə “zadəganlar” əvvəlcə 25 yaşlı qolkiper üçün İstanbul təmsilçisindən 25 milyon avro tələb edib. Lakin aparılan danışıqlardan sonra tərəflər 20 milyon avro qarşılığında razılığa gəliblər.
Qeyd edək ki, serbiyalı qapıçı “Çelsi”yə 2023-cü ilin yayında 16 milyon avroya transfer edilib.