“Qarabağ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda səfərdə Bolqarıstan təmsilçisi ÇSKA ilə üz-üzə gəlib.
Sofiyada keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. Bu seriyada daha dəqiq oynayan ÇSKA 5:4 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Beləliklə, “Qarabağ” UEFA Avropa Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi avrokuboklardakı çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda burada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə 13-də keçiriləcək.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
22:00. ÇSKA – “Qarabağ”
İlk oyun – 0:0 Pen. 5:4
ÇSKA: 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. İoannis Pittas, 9. Leandro Qodoy
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto
Baş məşqçi: Xristo Yanev
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqo, 7. Jali Muaddib, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanli, 25. Cebrail Mekreskis, 29. Renaldo Sepas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov
Baş məşqçi: Qurban Qurbanov