“Qırmızı şeytanlar”dan Danilo həmləsi
11.11.2024 - 17:59
İngiltərə Premyer Liqası klublarından “Mançester Yunayted” qışda müdafiə xəttini gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” “Yuventus”dan Danilonu heyətinə qatmaq istəyir.
Yeni baş məşqçi Ruben Amorim braziliyalının transferində şəxsən maraqlıdır.
“Yuventus” isə uyğun bir təklif gələcəyi təqdirdə mərkəz müdafiəçisini satmağa hazırdır.
Qeyd edək ki, Danilonun “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.
- Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Ançelotti Fransa klubunda - RƏSMİ
- Nəriman Axundzadənin komandası yeni mövsüm üçün məşqçilər heyətini açıqlayıb
- "Mançester Siti" "Çelsi"ni Londonda məğlub etdi
- Arif Əsədov məlum təpiklə bağlı: “Loran Blan da Bartezin başından öpürdü” - MÜSAHİBƏ
0
0