"Real" "Barselona"nı təbrik edib
30.11.2024 - 11:27
“Real”ın mətbuat xidməti sosial şəbəkə vasitəsilə “Barselona”nı ad günü münasibətilə təbrik edib.
Apasport.az xəbər verir ki, “kral klubu” sosial şəbəkə hesabındakı paylaşımında əzəli rəqibini yubiley münasibətilə təbrik etdiklərini bildirib:
“Barselona”nı 125 illik yubileyi münasibətilə təbrik edirik. Tariximiz boyu belə bir klubla rəqabət aparmaq bizim üçün böyük şərəfdir”.
Qeyd edək ki, Kataloniya klubu noyabrın 29-da 125 illik yubileyini qeyd edib.
- Millimiz reytinq siyahısında 4 pillə irəliləyib
- Velebit: "Stanoyeviç Mahiri “Qarabağ”da oynayanda “Partizan”a gətirmək arzusunda idi" - MÜSAHİBƏ
- Lautaro Martinesə Premyer Liqadan təklif
- I Liqada dekabr ayının "TOP-5" qolu - VİDEO
- "Qarabağ"ın futbolçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb
0
0