Madrid “Real”ının yeni kapitanı bəlli olur.
Apasport.az xəbər verir ki, müdafiəçi Dani Karvaxalın gedişindən sonra kapitan sarğısı Federiko Valverdeyə həvalə ediləcək.
Bu barədə “Marca” məlumat yayıb. Baş məşqçi Joze Mourinyonun uruqvaylı yarımmüdafiəçinin gələcəyi ilə bağlı heç bir şübhəsi yoxdur. Portuqaliyalı mütəxəssis DÇ-2026-da uğursuz çıxışa baxmayaraq, Valverdeyə güvənir.
Mourinyo iyulun ortalarında başlayacaq mövsümöncəsi hazırlıqda 27 yaşlı futbolçuya əsas fiqurlardan biri kimi baxır. Bununla belə, çalışdırıcının hazırlıqdan əvvəl Valverde ilə şəxsi söhbət aparacağı bildirilir.
Qeyd edək ki, Federiko Valverde 2016-cı ildən “Real”ın sistemindədir. O, ötən klub mövsümündə 49 matçda meydana çıxıb və 9 qol vurub.
- Aleksey Kaşuk daha bir klubumuzun transfer siyahısında yer alıb
- Şəhriyar Əliyev: "Zirə" son dönəmlərin ən ideal formada olan komandasıdır"
- "Spartak"ın sabiq baş direktoru: “Azərbaycan millisi Çerçesov üçün yaxşı seçimdir”
- AVF rəsmisi beynəlxalq matça təyinat alıb
- Musa Qurbanlının komandası finalda məğlub oldu