“Komo” “Real”ın Niko Pazla bağlı təklifini qəbul etməyib.
Apasport.az xəbər verir ki, Madrid klubu 21 yaşlı yarımmüdafiəçini geri qaytarmaq üçün İtaliya təmsilçisinə 60 milyon avroluq təklif göndərib.
“Real” Pazı alıb, daha sonra “Komo”ya 80 milyon avroluq gerialma hüququ saxlamaq şərti ilə satmağı planlaşdırıb. Lakin A Seriyası klubu bu təklifi rədd edib.
“Komo”nun qərarında futbolçunun karyerasını İtaliyada davam etdirmək istəyi də əsas rol oynayıb. Buna baxmayaraq, “Real” indi Niko Pazın gerialma bəndini aktivləşdirməyi planlaşdırır.
Tərəflər arasında danışıqların yaxın vaxtlarda Madriddə davam etdiriləcəyi bildirilir.
Qeyd edək ki, Paz ötən mövsüm “Komo”nun heyətində 40 oyunda meydana çıxıb, 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.