“Real”la “Barselona”nı üz-üzə qoyan futbolçu
16.10.2022 - 00:47
“İnter”in yarımmüdafiəçisi Nikolo Barella karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, adıçəkilən ölkənin iki nəhəng klubu 25 yaşlı futbolçunu sərəncamına qatmaq niyyətindədir.
İtaliya millisinin üzvü uğrunda əzəli rəqiblər “Real” və “Barselona” mübarizəyə girişib. Ancaq onu transfer etmək heç də asan olmayacaq. Çünki Barellanın “İnter”lə müqaviləsi 2026-cı ilə qədərdir.
Qeyd edək ki, Nikolo Barella bu mövsüm 12 oyunda 3 qol, 3 assistlə yadda qalıb.
- Millimiz Qazaxıstanla bacarmadı – hər 2 oyunda
- "Abşeron"un baş məşqçisi: "Qalib gələ biləcəyimiz qarşılaşmanı uduzduq"
- Elvin Məmmədov: “Bu xal bizə xeyir verəcək”
- "Fənərbaxça"ya növbəti təklif: Əvvəl Premyer Liqa klubu, indi isə İtaliya nəhəngi
- “Qarabağ” – “Qalatasaray”: 2 saata 25 min bilet satıldı
0
0