"Roma"nın məğlubiyyətsizlik seriyası 15-ə çatıb - 9 il sonra ilk dəfə
07.04.2025 - 11:18

İtaliya A Seriyasında XXXI turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, “Roma” evdə "Yuventus"la heç-heçə edib - 1:1.
Roma klubunun 7 matçlıq qələbə seriyası başa çatıb. Lakin 9 ildən sonra ilk dəfədir ki, "Roma" ardıcıl 15 matçdır məğlub olmur.
Romalılar sonuncu dəfə 2016-cı ilin ilk yarısında bunu bacarmışdılar.
Qeyd edək ki, “Roma” hazırda A Seriyasında 7-ci yerdədir.
0
0