Ronaldo Səudiyyə Ərəbistanında xoşbəxtdir
10.10.2023 - 14:07
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanındakı həyatından razıdır.
Apasport.az xəbər verir ki, "Əl-Nəsr"in 38 yaşlı kapitanı komanda ilə müqaviləsini yeniləmək istəyir.
Bu mövsüm 11 matçda 11 qol və 6 assistlə yadda qalan hücumçunun ərəblərlə müqaviləsi 2025-ci ilə kimi nəzərdə tutulub. Portuqaliyalı futbolçu millisinin düşərgəsinə getməzdən öncə klub rəhbərliyi ilə görüşərək istəyi haqda məlumat verib.
Qeyd edək ki, Ronaldo 2027-ci ilə kimi “Əl-Nəsr”in şərəfini qoruyub, sonra karyerasını bitirməyi planlaşdırır.
- Şahin Diniyev: "Komanda meydana çıxanda qorxurdu"
- "Neftçi"nin sabiq icraçı direktoru ABF-nin icraçı vitse-prezidenti təyin edilib
- ÇL: “Araz” Şimali İrlandiya klubunu darmadağın edib
- U-15 və U-16 Liqasında pley-offun püşkü atılıb
- Aleks Souza: “Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır” - Müsahibə
0
0