Rusiya klubu "Beşiktaş"ın futbolçusu ilə maraqlanır
18.01.2026 - 11:35
"Zenit" "Beşiktaş"ın 25 yaşlı yarımmüdafiəçisi Orkun Kökçü ilə maraqlanır.
Apasport.az xəbər verir ki, Rusiya klubu Türkiyə millisinin üzvü üçün "Beşiktaş"a 30 milyon avrodan çox pul təklif etməyə hazırdır.
Yarımmüdafiəçi 2025-ci ilin yayından bəri Türkiyə klubunda çıxış edir. Bu müddət ərzində Kökçü bütün yarışlarda 21 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalındakı futbolçunun dəyəri 25 milyon avrodur.
- Lazar Spasiç: "Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir"
- Azərbaycan kikboksçusu dünya çempionu olub
- ACF rəsmiləri cüdoda yeni qaydalarla bağlı təşkil olunmuş seminarda iştirak ediblər
- Millimiz Polşa ilə üz-üzə gələcək
- "Mançester Yunayted" niderlandlı hücumçunu icarəyə götürmək istəyir
0
0