“İnter”in müdafiəçisi Milan Şkrinyarın PSJ-yə transferi rəsmiləşmək üzrədir.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçunun fransızlarda alacağı məvacib də müəyyənləşib.
Hətta Slovakiya millisinin üzvünün PSJ ilə müqavilə imzaladığı da bildirilir. Anlaşmaya əsasən o, ildə 7,5 milyon avro maaş və illik 1,5 milyon avroya qədər bonuslar qazanacaq.
Şkrinyarın “İnter”lə sözləşməsi gələn ilin yayına qədər olduğundan, transferin tezliklə reallaşması gözlənilir. Bu keçid “İnter”ə 60-70 milyon avro qazandıracaq.
Qeyd edək ki, Milan Şkrinyar ötən mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 4 qol vurub.
- Paris-2024: Boks yarışlarında dəyişiklik
- AAF rəsmisi Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib
- Həmyerlimiz Estoniyada keçirilən Prezident Kubokunun ən yaxşı hakimi seçilib
- Avropa Oyunları gündəliyi: İlk gündə 7 növdə mübarizə
- Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqladı