Sommer İtaliya yolunda
09.07.2023 - 12:24
“İnter” komandanı tərk edəcək Andre Onanaya əvəzedici axtarır.
Apasport.az saytı xəbər verir ki, İsveçrə yığmasının qapıçısı Yan Sommerlə danışıqlar aparılır.
Milan klubu qapıçının transferi üçün “Bavariya”ya ilkin təklifi göndərib. Milanlılar bu keçid üçün 6 milyon avro ödəməyə hazırdırlar. Yanvardan Münhendə çıxış edən Yan bu təklifə “hə” demək niyyətindədir. Çünki Manuel Noyerin zədədən dönməsi onun əsas heyətdəki yerini itirməsi ilə nəticələnəcək.
Qeyd edək ki, Sommer “Bavariya”nın heyətində 25 oyunda 31 top buraxıb.
- Tedesko Belçika millisi ilə yeni müqavilə imzalayır
- Aqil Nəbiyevin yetirmələri UEFA İnkişaf Turnirində iştirak edəcək
- Boyan İliç: "Ən güclü komandalar belə, "Bayer"in öhdəsindən gələ bilməzdi" - Müsahibə
- Mirmehdi Rzayev: “Dünyanın ən güclüsü adını qazanacağıq” - MÜSAHİBƏ
- "Sabah"ın avrokubok matçına satılan biletlərin sayı açıqlanıb
0
0