Souzanın yerinə İnzagi
10.10.2023 - 20:47
Filippo İnzagi “Salernitana”nın baş məşqçisi təyin olunub.
Apasport.az-ın məlumatına görə, o, bu vəzifədə Paulo Souzanı əvəz edib.
Mövsümə uğursuz start götürən “Salernitana” portuqaliyalı mütəxəssislə yollarını ayırmağa məcbur olub. Komanda 8 turdan sonra 3 xalla 19-cu pillədə qərarlaşıb. Yeni baş məşqçi İnzaginin son iş yeri 2022/23 mövsümündə “Recina” olub.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis “Breşiya”, “Benevento”, “Bolonya”, “Venetsiya” və “Milan” klublarında fəaliyyət göstərib.
- Məşqçi meydana daxil oldu, rəqib futbolçuya hücum etdi - VİDEO
- PFL Bilik Gününə həsr olunmuş sosial layihə həyata keçirib
- “Sevilya” ispan çalışdırıcı ilə maraqlanır
- Mehdi Hüseynzadə adına stadionun açılış matçında Hiss və Murad Arif çıxış edəcək
- Çalhanoğlu ehtiyatlı danışdı - “Adları asan gəlir, amma...”
0
0