Tiaqo Motta “Yuventus"u çalışdıracaq
15.05.2024 - 15:18
İtaliya A Seriyası təmsilçisi “Yuventus” yeni baş məşqçi namizədini seçib.
Apasport.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, “Yuventus” artıq "Bolonya"nı çalışdıran Tiaqo Motta ilə razılığa gəlib.
Klub rəhbərliyi Motta ilə daha bir il uzadılması variantı ilə 2 mövsümlük müqaviləyə razılaşıb. 41 yaşlı mütəxəssis illik 3,5 milyon avro maaş alacaq, lakin hələ imzalar atılmayıb.
Qeyd edək ki, hazırda “Yuventus”a Massimiliano Alleqri başçılıq edir.
- U-17 DÇ: Simurə Abdullayeva ilk görüşündə məğlub olub
- Universiada və Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılacaq
- İslam Abbasov: “Çatışmazlıqları qarşıdakı yarışlarda aradan götürməyə çalışacağıq”
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- "Barselona" məhkəməyə verilir
0
0