“Tottenhem” danışıqlara başladı
30.12.2023 - 10:13
“Tottenhem” heyətinə yeni müdafiəçi qatmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, İngiltərə klubu Radu Draquşinanın xidmətində maraqlıdır.
“Cenoa”nın müdafiəçisinin keçidi ilə bağlı danışıqlara start verilib. Bu variant London klubu üçün alternativ addım hesab olunur.
“Tottenhem” “Nitsa”dan Jan-Kler Todibonu almaq istəyir. Lakin bu keçid baş tutmasa, Draquşinanın transferi ön plana çıxacaq.
Qeyd edək ki, Radu 2022-ci ilin yayından İtaliya klubunda forma geyinir.
- Qəzənfər Abbasov: “Millimizin qələbə qazanacağını düşünürəm”
- Kərim Benzema: "Onu tənqid edənin futboldan xəbəri yoxdur"
- İspaniya klubu azərbaycanlı futbolçuları izləyir - Açıqlama
- "Çelsi" imtina etdi, Sanço "Mançester"ə qayıdır
- Murad Məmmədov: "Emin Mahmudov və Rəhman Hacıyevin oyunlarına baxa-baxa böyümüşəm" - MÜSAHİBƏ
0
0