Türkiyə DÇ-2026-da - 24 il sonra - YENİLƏNİB
01.04.2026 - 01:35
Türkiyə DÇ-2026-da - 24 il sonra  - YENİLƏNİB

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçirilib.

Apasport xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq 4 milli komanda məlum olub.

Oyunların hamısı Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Türkiyə millisi səfərdə Kosovo yığmasına minimal hesabla qalib gələrək 24 il sonra dünya çempionatında iştirak etmək hüququ qazanıb - 1:0.

Qeyd edək ki, dünya çempionatının final mrəhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

DÇ-2026, pley-off mərhələsinin final oyunları

31 mart

Bosniya və Herseqovina - İtaliya 1:1 (Pen. 4:1) 
Kosovo - Türkiyə 0:1
Çexiya - Danimarka 2:2 ( Pen. 3:1)
İsveç - Polşa 3:2