Türkiyə millisinin üzvü Premyer Liqada klubunu dəyişə bilər
26.03.2026 - 23:56
"Brayton"un müdafiəçisi Ferdi Kadıoğlu Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" türkiyəli futbolçunu transfer etmək istəyir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, "qırmızı şeytanlar" Ferdi üçün mövsümün sonunda təklif göndərməyi planlaşdırır. "Qağayılar" 26 yaşlı sol cinah müdafiəçisi üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, "Brayton" Türkiyə millisinin üzvünü 2024-cü ilin yayında "Fənərbaxça"dan 30 milyon avroya transfer edib.
- NTD-nin basketbolçusu: "Bu mövsüm üçün əsas məqsədimiz play-off-a çıxmaqdır"
- Təmsilçilərimiz Polşaya yollanıb
- Güləşçilərimizin olimpiada nəticələri - Statistika
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- Türkiyə millisinin Uels və İslandiya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb - FOTO
0
0